Bazar , 19 May 2024

Region

Zelenska Rusiya hərbçiləri tərəfindən törədilən 171 cinsi zorakılıq faktı qeydə alındığını açıqlayıb

Prokurorluq Rusiya hərbçiləri tərəfindən ukraynalılara qarşı 171 cinsi zorakılıq halını araşdırır, qurbanlar arasında 39 kişi var. Boyukmillet.com “Suspilne”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Olena Zelenska Lvovda keçirilən konfransda panel müzakirələrində bildirib. “Bu rəqəmin arxasında təkcə qadınlar deyil, qurbanlar arasında 39 kişi var. 13-ü yetkinlik yaşına çatmayanlar, aralarında oğlan da var. Biz bu hallar barədə ona görə …

Read More »

Türkiyədə zəlzələdən ölənlərin sayı 46 minə yaxınlaşıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşıb. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. “Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, – o vurğulayıb.

Read More »

Avropa Parlamentinin sədri Ukraynada səfərdədir

Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynada səfərdədir. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Roberta Metsolanı Lvovda qarşılayıb. V.Zelenski müharibənin ilk günlərindən Ukraynanı dəstəklədiyi üçün Avropa Parlamentinə təşəkkür edib. O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il quruma daxil olmaq üzrə danışıqlara başlamağa çalışır.

Read More »

Ərdoğan: “Zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib”

“Zəlzələ və afterşoklar ciddi itkilərə, böyük dağıntılara səbəb oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Risk Qalxanının toplantısında deyib. O bildirib ki, zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib: “Təbii fəlakət nəticəsində 45 mindən çox insan həlak oldu. 115 min insan yaralandı”. R.T.Ərdoğan söyləyib ki, zəlzələnin təsirlərinin aradan qaldırlıması üçün işlər davam edir.

Read More »

İranda etiraz aksiyaları davam edir, əsas şüar “Xameneiyə ölüm!” olaraq qalır

İranın Tehran əyalətinin rayonlarında və Güney Azərbaycanın Ərdəbil şəhərində “Uşaq qatili olan hökumətə ölüm!” şüarı ilə etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb. Bildirilib ki, ötən gecə Tehran əyalətinin müxtəlif rayonlarında, o cümlədən Naziabad, Tehranpars, Ponk və Əmirabadda, həmçinin Ərdəbil şəhərində hakimiyyət əleyhinə yürüş-mitinqlər təşkil olunub. Aksiyalarda “Zəhərlənmə son ismarıcdır!” “Uşaq qatili olan hökumətə ölüm!”, “Qatil …

Read More »

İsrail Türkmənistanda səfirlik açır

İsrail Türkmənistanın paytaxtı Aşqabadda səfirlik açır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mignews” məlumat yayıb. Bildirilib ki, İsrailin xarici işlər naziri Eli Kohen tezliklə Türkmənistana səfər edəcək. Qeyd edək ki, Aşqabad şəhəri İranla sərhəddən 30 km aralıda yerləşir. Xatırladaq ki, Türkmənistan müstəqil olandan sonra İrandakı türkmənlərin milli hüquqlarının təmin olunmasını tələb edir. Türkmənistandan kənarda ən çox türkmən İrandadır. Türkmənlər 1885-ci ildən …

Read More »

Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: “Müstəqilliyimizi tanıyın

“Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində deyib. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan M.Forrest vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub. Daimi müvəkkil …

Read More »

Hulusi Akar Xorvatiyanın müdafiə naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Ankarada səfərdə olan Xorvatiya müdafiə naziri Mario Banoziclə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. H.Akar Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazirlər, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Read More »

Sergey Lavrov Qərbi ittiham edib: “Kiyevi müharibənin uzadılmasına hazırlayırlar”

“Biz ciddi danışıqlardan imtina etmirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələri xarici işlər nazirlərinin toplantısıda etdiyi çıxışında deyib. O bildirib ki, Qərb ölkələri Kiyevi müharibənin uzadılmasına hazırlayır: “Biz siyasi həllin tapılması üçün ciddi təkliflərdən imtina etmirik. Amma Qərb ölkələrdən heç olmasa birinin Ukraynanı danışıqlara çağırdığını xatırlamıram”. Qeyd edək …

Read More »

AEBA rəhbəri: “Şübhələri aradan qaldırmaq üçün İranda baş verənləri təftiş etməliyik”

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda təmsil olunmalı və şübhələri aradan qaldırmaq üçün baş verənləri təftiş etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İranda uranın zənginləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təşkilat artıq İranda təftiş aparır. “İran ilə dialoqumuzu, təmaslarımızı ən yüksək səviyyədə saxlamağımız çox vacibdir”, – …

Read More »