Çərşənbə axşamı , 28 May 2024

Region

Qətər əmiri Türkiyəyə yola düşüb

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunacaq.

Read More »

Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib

Bu yaxınlarda Türkiyənin Adana şəhərinə gedən və fevralın 6-da baş verən zəlzələ zamanı fəlakətə məruz qalan Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib. Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanın Kültür və Həmrəylik Dərnəyi ilə əlaqə saxlayıb. Dərnək onun yaşayış yeri və digər ehtiyaclarını qarşılayıb. R.Rüstəmov Akasya Tələbə Yataqxanasında məskunlaşıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 …

Read More »

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və …

Read More »

Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə  nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Read More »

BMT-nin rezident əlaqələndiricisi Türkiyə səfirliyində matəm kitabına ürək sözlərini yazıb

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Türkiyənin Bakıdakı səfirliyində matəm kitabına ürək sözlərini yazıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində bildirib. “BMT-nin Azərbaycandakı ofisi adından Türkiyə səfirliyində matəm kitabına ürək sözlərimi yazdım. Qəlbimiz çətin durumda olan Türkiyə xalqı ilə döyünür. BMT yardım səylərini dəstəkləməyə tam sadiqdir”, – paylaşımda deyilir.

Read More »

Türkiyədə 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ çıxarılıb – VİDEO

Türkiyənin Diyarbakır şəhərində 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ xilas edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRThaber” yayıb. Məlumata görə, Hatayda dağıntılar altından bir qadın da sağ çıxarılıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ …

Read More »

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları …

Read More »

Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə maliyyə qurumunun məlumatında deyilir. “Dünya Bankı bu gün Türkiyəyə ölkənin cənub-şərqində və onun ətrafında böyük insan tələfatı, xəsarət və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələlər və artçı zəlzələlərdən sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar vəsait ayırdığını …

Read More »

TBMM 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərarı təsdiq edib

Türkiyə Böyük Millət Məclisi (TBMM) 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərarı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, fövqəladə vəziyyət rejimi 3 ay müddətində qüvvədə olacaq. Qeyd edək ki, fevralın 7-də Türkiyədə zəlzələ ilə bağlı fövqəladə vəziyyət rejimi elan olunub. Son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 64 …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb. Boyukmillet.com. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. …

Read More »