Bazar , 15 Noyabr 2026
Drone Cameras

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Yana Vanamelder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Boyukmillet.com TASSa istinadən xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.

Məlumata görə, Yana Vanamelder Estoniyada sovet əsgərlərinin qalıqlarını qohumlarının razılığı olmadan Tallin Hərbi Qəbiristanlığında yenidən basdırmaq planlarına etiraz etmək üçün Nazirliyə çağırılıb.

Bildirilib ki, Estoniya hakimiyyətinin “yenidən basdırmaq” plan ilə bağlı ona etiraz çatıdırılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …