Bazar , 19 May 2024

Region

İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbərləri etiraz aksiyalarına qarşı birgə plan hazırlayıb

İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri etiraz aksiyalarına qarşı birgə strategiya hazırlamaq üçün Məşhəd şəhərində toplantı keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İranın ali rəhbəri toplantı iştirakçılarına müraciət ünvanlayıb. Məlumata görə, yığıncaqda İran Kəşfiyyat və İnformasiya Nazirliyinin, İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsinin yüksək vəzifəli rəsmiləri, habelə bir sıra təhlükəsizlik və hüquq-mühafizə …

Read More »

Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi və 9 PUA-nı məhv edib

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artilleriya sistemini, 9 pilotsuz uçuş aparatını (PUA) və 15 zirehli döyüş maşınını məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Rusiya Ukraynanın Xmelnitski vilayətindəki hərbi aerodroma raket zərbələri endirib. Raketlərin çoxu havada vurulub. Hücum zamanı 13 “X101/X-505” qanadlı raket və bir PUA zərərsizləşdirilib.

Read More »

Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub. İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatda Suriyanın şimal-şərqində terrorçu birləşmələrə (PKK/YPG) dəstək verən ölkələrin qeyri-qanuni fəaliyyətləri pislənilib. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, regionda davamlı təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilə bilər. Suriya üzrə …

Read More »

Ermənistanda müxalifət lideri xalqı Paşinyanı devirməyə çağırıb

Ermənistanda “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, o, müxalifətin “küçə döyüşləri”nə hazırlaşdığını bildirib. Ancaq H.Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını vurğulayıb. Müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.

Read More »

ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb

“ABŞ İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”. Boyukmillet.com “İran İnernational”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Albaniya polisinin “Əşrəf 3” düşərgəsinə hücumunu şərh edərkən deyib. O bildirib ki, rəsmi Vaşinqton Albaniya hökumətinin ölkə ərazisində hər hansı qanunsuz fəaliyyəti araşdırmaq hüququnu tanıyır. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti Xalq …

Read More »

Moskvaya PUA hücumu olub

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə və eyniadlı vilayətə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Boyukmillet.com  xəbər verir ki, 3 PUA vurulub. Hücum nəticəsində itki və dağıntı olmayıb. Vurulmuş texnikaların qalıqları ekspertizaya göndəriləcək. Rusiya mətbuatı hücumu Ukrayna ordusunun həyata keçirdiyi barədə məlumat yayıb.

Read More »

Nikol Paşinyan üçtərəfli bəyanatı hansı şəraitdə imzaladığını ilk dəfə açıqlayıb

“Şuşanın süqutu 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib. O, üçtərəfli bəyanatı imzalamasından da danışıb: “Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də …

Read More »

Rusiya BMT nümayəndələrini Kaxovka SES-in ərazisinə buraxmayıb

Rusiya BMT nümayəndələrini Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki ərazilərə buraxmayıb. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib. Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırıb. “Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin …

Read More »

Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini artilleriya atəşinə tutub. Boyukmillet.com xəbər verir ki, bunu vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Xersonda yaşayış məntəqələrini, eləcə də təhsil, inzibati və ticarət müəssisələrinin binalarını hədəf olub. Nəticədə 2 nəfər mülki şəxs həlak olub, 25 sakin yaralanıb.

Read More »

Paşinyan Ermənistanın gerbini tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib. “Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı …

Read More »