Bazar , 15 Noyabr 2026
Drone Cameras

Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

Qubernator həmçinin “regionda federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiqi tələbi ilə hökumət komissiyasına müraciət olunacağını” vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …