Bazar , 19 May 2024

Region

Türkiyənin daxili işlər naziri seçkilər üçün görülən təhlükəsizlik tədbirlərini açıqlayıb

Türkiyə böyük seçki təcrübəsinə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün lazımi tədbirlər görülüb: “Hazırda müxtəlif bölgələrdə təhlükəsizlik qüvvələrinin 601 min əməkdaşı fəaliyyət göstərir. Şəxsi heyətdən əlavə 79 helikopter və 8 təyyarə hazır vəziyyətdədir. Məktəblərin, seçki …

Read More »

Nikol Paşinyan üçtərəfli görüşdə iştirak üçün Brüsselə yola düşüb

Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Qeyd edək ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş olacaq. Danışıqların təşəbbüskarı Ş.Mişeldir. Görüş yerli vaxtla günortadan sonra başlayacaq. Üçtərəfli …

Read More »

Rusiyada “Mi-2” helikopteri qəzaya uğrayıb, “Transneft”in elektrik xəttini zədələyib

Rusiyanın Primorye diyarında “Mi-2” helikopterinin qəzaya uğrayaraq elektrik xəttinin üzərinə düşməsi nəticəsində “Transneft”in stansiyasına elektrik enerjisinin verilməsi dayanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “dv.kp” məlumat yayıb. Bildirilib ki, hadisə bir neçə gün əvvəl baş versə də, məlumat mayın 12-də yayılıb. Məlumata görə, mayın 9-da “Transneft”in əməkdaşları elektrik xəttində qəzanın baş verdiyini müşahidə ediblər. İki gün sonra çətin keçilən əraziyə …

Read More »

Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb

“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib. O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”. M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz …

Read More »

Ukrayna Prezident Ofisinin əməkdaşı müharibədə həlak olub

Ukrayna Prezident Ofisinin əməkdaşı Oleksiy Titarenko müharibədə həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviterdə paylaşım edib. Bildirilib ki, o, Donetsk vilayətinin cəbhə xəttində döyüşürdü. O.Titarenko Prezident Ofisinin Daxili və Humanitar Siyasət Direktorluğunda baş məsləhətçi vəzifəsində çalışıb.

Read More »

Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitəcək

Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq.   Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib. Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək. …

Read More »

Ermənistan KİV: “Korrupsiyaya görə həbs olunanlar o qədər çoxdur ki, məhkəmə iclasları təxirə salınır”

“Ermənistanda həbs olunanlar o qədər çoxdur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iclasları təxirə salmalı olur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb. Bildirilib ki, iş o yerə çatıb ki, artıq cinayətkarı müşaiyət edən polislər də onları məhkəməyə gətirməyə çatdırmır.

Read More »

Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Tekin Okan məhv edilib. Onun kod adının Dəniz Bahri olduğu bildirilib. Məlumata görə, 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarının əsas təşkilatçısı olub.

Read More »

44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri hökuməti istefaya çağırırlar

44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” təşkilatı Ermənistan hökumətinin istefası üçün kampaniyaya başladığını elan edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib. Valideynlər bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra başlayan proseslər onlara oğullarının itkisinə səssizcə ağlamağa imkan vermir. Məlumata görə, təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin …

Read More »