Bazar , 19 May 2024

Region

Qazaxıstan Prezidenti Çinə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 17-18-də Çində rəsmi səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb. O, Pekində Çin lideri Si Cinpinlə görüşəcək, həmçinin “Bir kəmər, bir yol” III Yüksək Səviyyəli Forumda iştirak edəcək. Qazaxıstan liderinin Çin şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşləri nəzərdə tutulub.

Read More »

Türkiyə HƏMAS və İsrail arasında mərhələli əsir mübadiləsini planlaşdırır

Bir sıra Qərb ölkələri Fələstin-İsrail münaqişəsi zonasında əsirlərin mübadiləsini asanlaşdırmaq istəyi ilə Türkiyəyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb. “Bir çox dövlətlər öz vətəndaşlarının müdafiəsinə qalxmaq tələbi ilə Ankaraya müraciət edib”, – nəşr qeyd edib. Ankaranın mərhələli mübadilə prosesinə ilkin olaraq qadınlarla başlayacağı bildirilib: “Əsirlərin mübadiləsi asan məsələ deyil. Alınan məlumatlar göstərir ki, …

Read More »

Sergey Lavrov: “Ermənistan vasitəsilə Cənubi Qafqazda NATO maraqlarının təşviqinə cəhdlər edilir”

“Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib. “Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, …

Read More »

Yanacaq bahalaşdı

Ermənistanda yanacağın qiyməti qalxıb. Bu barədə “Aysor” məlumat yayıb. Bildirilib ki, “Premium” benzin 580 dram (2,30 manat), adi benzin 550 dram (2,18 manat), dizel yanacağı isə 570 dram (2,26 manat) olub. Məlumata görə, maye qazın bir litrinin qiyməti 0170 drama (0,67 manata) çatıb. İnformasiyaya əsasən, bütün növ yanacaqların qiyməti azı 40-50 dram (0,20 manat) qalxıb.

Read More »

İranda həbs edilən Fəridlə bağlı yeni – Açıqlama

Oğlum Fəridin vəziyyəti yaxşıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb: “Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”. D.Əsgərova …

Read More »

Fransa Ermənistanda müdafiə missiyası açıb – Lekornu

Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir. Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində qeyd edib. “Prezident baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır”, – Lekornu deyib. Nazir Fransanın Ermənistanda bugünədək mövcud olmayan müdafiə missiyası açdığını vurğulayıb: “Biz orada bugünədək mövcud olmayan …

Read More »

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan “Faktor TV”nin efirində deyib. O hesab edir ki, bu, doğru qərardır. Qeyd edək ki, Ermənistandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər. Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. …

Read More »

Yerablurda yeni qəbirlər qazılır

Bu gün, sentyabrın 27-də, yəni 44 günlük müharibənin başlamasının 3-cü ilində Ermənistanın Yerablur hərbi panteonunda yenidən yeni qəbirlər qazılır. Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın Səhiyyə Nazirliyi Qarabağdan 125 cəsədin gətirildiyini açıqlamışdı. Bunların içində antiterror əməliyyatı zamanı məhv edilən Ermənistan ordusunun Qarabağda qalmış birləşmələrinin əsgərlərinin meyiti də var.

Read More »