Bazar , 19 May 2024

Region

İranda 12 ayda 659 nəfər edam olunub

İranda 12 ayda (2022-ci il oktyabrın 10-dan 2023-cü il oktyabrın 8-dək) azı 659 vətəndaş edam olunub, onların 17-si qadın, biri isə uşaqdır. Boyukmillet.com xəbər verir ki, məlumatı “ir.voanews” yayıb. Bildirilib ki, bu, 12 ay əvvəlki göstərici ilə müqayisədə 24 faiz çoxdur. Məlumata görə, İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaninin qatili də edam edilib. Abbas Əli Süleymani 2023-cü ilin …

Read More »

ABŞ İraqa İrana olan borcunu ödəmək üçün daha 120 gün möhlət verib

ABŞ İrana olan borcunun bir hissəsini ödəmək üçün İraqa daha 120 gün möhlət hüququ tanıyıb. Boyukmillet.com İRNA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin adının açıqlanmasını istəməyən rəsmisi jurnalistlərə məlumat verib. Bildirilib ki, bu, İraqa İrana olan borcunun bir hissəsini Omandakı hesaba köçürməyə icazə verəcək. “Biz elektrik enerjisi vergisindən azadolma müddətini İraq üçün uzadırıq. Bu, 2018-ci ildən bəri elektrik enerjisi …

Read More »

Naxçıvanda payız-qış mövsümü ilə əlaqədar qərargah yaradılıb

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, 2023-2024-cü ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2023-cü il noyabr ayının 15-dən mövsümün sonuna qədər saat 18:00-dan 00:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək. “Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş …

Read More »

Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasını boykot etməsinin səbəbi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O, qeyd edib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. A.Qriqoryanın sözlərinə görə, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb. “Bu andan başlayaraq …

Read More »

İsveçin NATO-ya qəbul protokolu TBMM-də müzakirəyə çıxarılır

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, Komissiya iclasda bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək. Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü …

Read More »

Adil Kərimli: “Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək”

“Ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan, Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısında iştirak edən mədəniyyət naziri Adil Kərimli bildirib. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən nazir deyib ki, bu il həm Azərbaycan, həm Türkiyə, həm də türk dünyası üçün əlamətdar günlərlə yadda …

Read More »

Rəisi və Mirziyoyev ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər

İran Prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammiti çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Danışıqlar zamanı prezident bəyan edib ki, İranın xarici siyasəti qonşu dövlətlərlə iqtisadi və siyasi əlaqələrin inkişafına yönəlib. Rəisi İran və Özbəkistan arasında qarşılıqlı razılaşmaların icrası prosesindən məmnunluğunu ifadə edərək, ikitərəfli …

Read More »

Moskvanın mərkəzində silahlı insident olub, yaralılar var

Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib, 4 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Üç nəfərin güllə yarası aldığı qeyd edilib. “İlkin məlumata görə, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan rəqiblərinə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər bədən xəsarətləri alıb. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri, …

Read More »

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

“Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib. “Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, – o vurğulayıb. Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər …

Read More »