Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Aİ Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır

Avropa və beynəlxalq maliyyə institutları Transxəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır.

“Report”un “Turkmenportal.com”a istinadən məlumatına görə, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında deyib.

“Transxəzər nəqliyyat dəhlizinin inkişafı davam edən əsas layihədir. Avropa və beynəlxalq maliyyə institutları bu layihəyə 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır”, – Kallas martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşünə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Kallas gənclər mübadiləsinin inkişafına, biznes və akademik dairələrdə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …