Bazar , 19 May 2024

Region

Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb edib

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.. Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək. Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var: “Artıq …

Read More »

Gürcü politoloq: “Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”

“Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”. Bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq, professor Badri Naçkebiya deyib. Onun sözlərinə görə, bu prosesə QHT-lər, digər ölkələrin nümayəndələri və fərqli institutlar cəlb edilib: “Onların əli ilə çevrilişə cəhd göstərirlər. Təbii ki, bu da dövlətimizi ciddi təhlükə altına atır. Çox təəccüblüdür ki, bu cür işlər üçün maliyyə axını elə bizə tərəfdaş olan …

Read More »

KİV: “Paşinyan ictimaiyyət arasında görünməməyə çalışır”

“Ermənistanın baş naziri Nikol Paşinyan kütləvi tədbirlərdən qaçır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Məlumata görə, baş nazir bir gün əvvəl 1999-cu il oktyabrın 27-də parlamentdə terror aktı qurbanlarının xatirəsini həlak olanların qohumlarından ayrı olaraq yad edib. Hökumət bunun səbəbini qəzetə izah edə bilməyib. Hətta parlament onun gəlişindən az əvvəl xəbər tutub. “Baş naziri bir neçə yüz …

Read More »

Macarıstan İrəvanda konsulluq açmaq istəyir

Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir. Boyukmillet.com xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib. P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb. Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan …

Read More »

İranda güclü zəlzələ olub

İranda Cənubi Xorasan əyalətində 5,1 maqnituda da zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Read More »

Kanada XİN rəhbəri Ermənistanda səfərdədir

Kanadanın xarici işlər naziri Melani Joli Ermənistanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, M.Jolinin Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə təkbətək görüşü başlayıb. Daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Read More »

Beqlaryan Ermənistanda 3 günlük matəm elan olunmasını təklif etdi

Özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan Ermənistanda matəm olunmasını təklif edib. Boyukmillet.com xəbər verir ki, Beqlaryan sosial şəbəkə hesabında bildirib ki, Qarabağdakı antiterror tədbirlərində ölənlərin, ermənilərin Qarabağdan köçməsinin və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış qurbanlarının xatirəsinə matəm elan edilməliydi. Onun sözlərinə görə, 500-ə yaxın insanın öldüyü hadisələr ümummilli matəm üçün əsas olmasa da, hakimiyyətin olaylara ideoloji …

Read More »

Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə Tarsus – Adana – Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. Bildirilib ki, çırpılmadan sonra yük avtomobili alovlanmağa başlayıb. Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb

Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub. Boyukmillet.com xəbər verir ki, toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb. Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər. Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.

Read More »