Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Gürcüstan Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.

Görüşdə həmçinin, regionda mövcud çağırışlar, Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə olunub.

İrakli Kobaxidze qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatması regionda uzunmüddətli sabitliyə nail olmaq üçün tarixi bir addımdır.

Tərəflər strateji tərəfdaşlığın gündəliyində duran əsas məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetiriblər.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …