Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq

Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacaq.

Bu barədə Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir.

Bu qərarı Ermənistan hökuməti martın 20-də keçirilən iclasda qəbul edib.

“Hökumət sərhəd-keçid məntəqələri ilə bağlı 2011-ci il mayın 12-də qəbul edilmiş qərara dəyişiklik edib. Həmin qərarda “Marqara” keçid məntəqəsinin bağlanması göstərilib. Layihə baş nazirin aparatı tərəfindən hazırlanıb. Onlar qeyd ediblər ki, yeni qərarın qəbulu malların Suriyaya daha tez və daha ucuz çatdırılmasına imkan verəcək”, – məlumatda deyilir.

Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …