Bazar , 19 May 2024

Region

Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, 31 hədəf məhv edilib

Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib. Bildirilib ki, icra olunan əməliyyatlar zamanı yerli silah və sursatlardan istifadə edilərək çox sayda terrorçu …

Read More »

Peskov: “Kim Çen In artıq Rusiyadadır”

“Şimali Koreya lideri Kim Çen In artıq Rusiyadadır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Mən təsdiq edirəm. Bu, həqiqətən də belədir”, – o qeyd edib.

Read More »

İzmirdə meşəlik ərazidə yanğın baş verib

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib. Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib. Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan …

Read More »

Paşinyan Almaniya kanslerinə də İlham Əliyevlə danışıqlara hazır olduğunu deyib

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla …

Read More »

Rusiya MN: Ukrayna PUA-larla Krıma hücum edib

Ukrayna pilotsuz uçuş aparatları ilə (PUA) işğal altındakı Krım yarımadasına hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum bu gün səhər saatlarında olub. Məlumata görə, hava hücumundan müdafiə sistemləri PUA-ları məhv edib. Hücumun nəticələri barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, Ukrayna dünən (sentyabrın 4-də) də Krıma hücum etmişdi. Xatırladaq ki, …

Read More »

İranın şimalındakı Semnan vilayətində mədəndə baş verən partlayış sonucunda 6 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. “Bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti tuneldən çıxarılıb”, – agentlik bildirib. Qeyd olunub ki, qəza 700 metrlik dərinliyə sahib mədənin 400 metrliyində olub.

Read More »

Ermənistan MN-in əməkdaşları girov götürüldü

İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasına girişləri bağlayıb, Müdafiə Nazirliyinin əməkdaşlarını binadan buraxmayıblar. Boyukmillet.com xəbər verir ki, binanın girişini bağlayanlar arasında müharibə zamanı övladını, ərini itirmiş şəxslər, 44 günlük müharibədə iştirak etmiş, rütbə almış zabitlər də olub. Uzun cəhdlərdən sonra MN-in əməkdaşları əsgərlərin müşayiəti ilə binanı tərk edə biliblər. Onlar binadan çıxarkən valideynlərinin qarğış və söyüşləri ilə …

Read More »

Türkiyə və Ukrayna taxıl müqaviləsini müzakirə ediblər

Türkiyə və Ukrayna taxıl müqaviləsini, eləcə də Qara dənizdə ticarət daşımalarının davam etdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu sosial şəbəkədəki səhifəsində bildirib. “Biz Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirdik. Görüş zamanı bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə ticarət daşımalarının davam etdirilməsi …

Read More »

Erməni hərbçi elektrik cərəyanı vurması nəticəsində ölüb

Avqustun 26-da Ermənistanın N saylı hərbi hissəsinin əsgəri Şavarş Akinyan elektrik cərəyanı vurması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurum bildirib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Read More »