Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Putinin sözçüsü ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı danışıb.

Boyukmillet.com xəbər verir ki, Kremlin sözçüsü Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın subyektinə çevrildiyini söyləyib.

    “Ölkəmizin konstitusiyasında qeyd olunan Rusiyanın subyektinə çevrilmiş ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır”, – deyə Peskov vurğulayıb.

    Check Also

    Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

    Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …