Bazar , 15 Noyabr 2026
Drone Cameras

AZAL-ın təyyarə qəzasından sağ çıxan bələdçilərinə Çeçenistanın ali mükafatı veriləcək

Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı veriləcək.

Boyukmillet.com Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram kanalında məlumat verib.

    “Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə”mükafatına layiq görüləcəklər”, – Çeçenistan preizdenti qeyd edib.

    Qeyd edək ki, ötən il dekabrın 24-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin 3 ekipaj üzvü – İqor Kşnyakin Aleksandr Kalyaninov, Hökumə Əliyeva qəza zamanı dünyasını dəyişib, Zülfüqar Əsadov və Aydan Rəhimli isə xilas olublar.

    Check Also

    Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

    Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …