Bazar , 15 Noyabr 2026

hadisə

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin üç bölgəsində iki günlük axtarışlar zamanı təxminən 17,7 milyon avro müsadirə ediblər. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, pullar müxtəlif yerlərdə, o cümlədən meşələrdə basdırılıb, kənd təsərrüfatı binalarında, anbarlarda, yaşayış binasında və təhlükəsiz seyflərdə gizlədilib. Əməliyyat Seştakın, xüsusən də dövlət müəssisəsi və dövlətə məxsus …

Read More »

Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? – VİDEO

Darvazası bağlıdır. Amma, içəridə söküntü işlərinin aparıldığı elə kənardan da görünür… Bura Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasıdır. Ərazidə yaşayan sakinlərdən öyrənirik ki, təxminən bir aydır söküntü işlərinə başlanılıb. Amma, xəstəxana düz üç il əvvəl bağlanıb. ADY QSC-dən sorğumuz cavab olaraq bildirldi ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq Azərbaycan Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb …

Read More »

Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Şahtaxtı” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. …

Read More »

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə …

Read More »

İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri …

Read More »

Bakı–Qazax yolunda hərəkət məhdudlaşır

Noyabrın 4-də saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, tikinti işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli …

Read More »

Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb. Bu barədə “Report”un Qazaxıstan bürosu Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumun Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşını saxlayıb. Əməliyyat zamanı …

Read More »

Azərbaycan və Ukrayna polisi birgə əməliyyat keçirib, saxlanılanlar var

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə …

Read More »

“Şəki Yaylası”nda ölüm hadisəsi üzrə iki nəfər məsuliyyətə cəlb olunub

Xəbər verildiyi kimi, cari il sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi …

Read More »

Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı – VİDEO

Ağırtonnajlı yük maşınları yolu yararsız vəziyyətə salıb… Boyukmillet.com-un xəbərinə görə, sakinlər deyirlər ki, Neftçalanın Beştalı və Şorlar kəndlərini birləşdirən yol artıq xeyli müddətdir bu vəziyyətdədir. Kənd sakinləri bildirirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə yoxdur. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolda mütəmadi olaraq xüsusi texnikalar vasitəsilə cari təmir və hamarlama işləri həyata keçirilir. Lakin ağırtonnajlı nəqliyyat …

Read More »