Ötən gün Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanat tipli qurğudan istifadə edən iki gənc bədbəxt hadisə nəticəsində həyatını itirib. İlkin məlumatda gənclərin əyləncə qurğusunun trosunun qırılması nəticəsində yerə çırpıldığı bildirilirdi. Lakin sonradan hadisənin başqa cür baş verdiyi məlum olub. Belə ki, gənclər trosun qırılması nəticəsində deyil, güclü külək səbəbindən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxması nəticəsində yerə düşüblər. …
Read More »İşxanyan Bakı həbsxanasından bunu etiraf etdi
Bakıda həbsdə olan separatçı rejimin keçmiş “parlament sədri” Davit İşxanyan Ermənistan Ombudsmanı Anahit Minasyanı Bakıya dəvət edib. Bu barədə o, həbsxanadan göndərdiyi səs yazısında açıqlayıb. “İndi sizi bizimlə görüşmək üçün Azərbaycan cəzaçəkmə müəssisəsinə dəvət edirəm. Düşünürəm ki, bu, mövcud siyasi münasibətlər çərçivəsində tamamilə uyğundur və heç bir çətinlik olmamalıdır… Biz gözləyirik. Cənablar, dövlət rəsmiləri, Azərbaycandakı 19 nəfər Ermənistan Respublikasının pasportlarına …
Read More »Rüşvətlə saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlərin məhkəməsi başlayır
Saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Mikayılov Rüstəm İsmayıl oğlu və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) …
Read More »Qarğıdalı sahəsində narkotik əkdi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb. Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan …
Read More »Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir
Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Boyukmillet.com Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib. Qanuna əsasən, gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər: – mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması; – …
Read More »İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb – VİDEO
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, İdarənin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı …
Read More »DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi
Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub. Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib. Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr …
Read More »Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə irəli sürülən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib. Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi – 13 il …
Read More »Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır – RƏSMİ
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia …
Read More »SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb
Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib. Boyukmillet.com IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib. “Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib”, – SEPAH-dan qeyd olunub. SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
