Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İstehlakçıların aldadılması ilə bağlı 17 inzibati protokol tərtib olundu

Bu ilin yanvar-avqust ayları ərzində istehlakçıların aldadılması halları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 396 müraciət daxil olub.

Bu barədə agentlik xəbər verir.

Müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib. Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı Agentlik tərəfindən 17 inzibati protokol tərtib edilib.

İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış “istehlakchi.gov.az” portalı vasitəsilə əldə edə bilərlər.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …