Cümə , 23 Oktyabr 2026
Drone Cameras

Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı…

Avropada 5 ölkə rəhbəri Ukrayna mühaqibəsi ilə bağlı danışıqlarda iştirak edə bilər.

Boyukmillet.com Britaniyanın “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, Avropa İttifaqı daxilində aparılan müzakirələrdə İtaliyanın Baş naziri Corcio Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya Prezidenti Petr Pavel, Norveç Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksenin adları çəkilir. Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə keçirilən son görüşdə danışıqçı kimi çıxış etməkdən imtina edib.

Qəzetin məlumatına görə, son aylarda Avropa paytaxtlarında Rusiya ilə dialoqa ehtiyac barədə müzakirələr intensivləşib, çünki Avropa liderləri ABŞ Prezidenti Donald Trampın onların maraqlarını təmsil etmədiyinə inanırlar: “Avropa, hər şeydən əvvəl, ruslarla danışıqlar aparmaq üçün konsensusa ehtiyac duyulduğunu anlayıb”.

Nəşrin mənbəyi əlavə edib ki, indi “mövqeyimizin dəqiq nə olduğu barədə konsensusa ehtiyac var”. Başqa bir mənbə The Daily Telegraph-a bildirib ki, “çox güman ki, ölkələr arasında rəqabətdən və namizədə veto qoyulma riskindən qaçmaq üçün Rusiya ilə danışıqlar üçün liderlər qrupu seçiləcək”.

Check Also

BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

BMT Baş Assambleyasının Xüsusi Siyasi Məsələlər və Dekolonizasiya üzrə Dördüncü Komitəsində Fransız Polineziyasına dair qətnamə …