ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir.
Boyukmillet.com Reuters agentliyinə istinadən xəbər verir ki, nazirlik 2025-ci ilin dekabr ayından etibarən qüvvədə olan qaydaları dəyişən qərar layihəsi hazırlayıb. Bu qaydalara əsasən, Amerika qurumları yarımkeçirici istehsalı, süni intellekt inkişafı, superkompüterlər və hipersəs sistemlər də daxil olmaqla bir neçə ölkəyə investisiya qoymaq üçün Vaşinqton administrasiyasının təsdiqini almalıdırlar. Bu ölkələrə hazırda Rusiya, Venesuela, İran, Çin, Şimali Koreya və Kuba daxildir. Bu cür investisiyalar əsasən ABŞ-ın milli təhlükəsizlik maraqlarına görə qadağan edilib.
Agentlik aydınlaşdırıb ki, ABŞ Maliyyə Nazirliyi Venesuelanı bu siyahıdan çıxarmaq niyyətindədir. Bu, yuxarıda qeyd olunan məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılması demək olacaq. Nazirlik 7 dekabr tarixinə qədər qərar layihəsinə yenidən baxılması üçün müxtəlif təklifləri nəzərdən keçirəcək.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

