Şənbə , 24 Oktyabr 2026
Drone Cameras

Türkiyənin şimalında FACİƏ: Kömür şaxtasında metan qazı patladı, ölənlər və yaralananlar var

Türkiyənin şimalında, Zonquldak vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl kömür şaxtasında güclü metan qazı (qrizu) partlayışı baş verib.

Boyukmillet.com xəbər verir ki, TRT Haber-in məlumatına görə, partlayışdan dərhal sonra şaxtada yanğın və uçqun meydana gəlib.

Hadisə yerinə dərhal xilasetmə, yanğınsöndürən və tibb briqadaları cəlb olunub. Şaxtadan çıxarılan fəhlələrdən ikisinin həyatını itirdiyi müəyyən edilib, xəsarət alan 5 nəfər isə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Axtarış-xilasetmə işləri davam etdirilir, fəlakətin təfərrüatları və başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Check Also

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, ölən var

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarını daşıyan ticarət gəmisi batıb. “Xoriv” (Khoryv) adlı gəmi Rumıniyanın …