Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı …
Read More »İstintaq təcridxanasına ayaqqabının içində telefon keçirilməsinin qarşısı alındı
Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb. Belə ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində …
Read More »KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub. Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə …
Read More »Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv olunub. Keçmiş deputat Aleksandr Qliskovun işi üzrə əsas şahid hesab olunan Səməd Yusubov Krasnoyarsk diyarının Qanunvericilik Məclisinə seçki yarışından kənarlaşdırılıb. Məlumata görə, Yusubov Rusiya Kommunist Partiyasının Şarıpovo regional qrupunda siyahının birinci nömrəsi olub. Lakin avqustun 21-də seçki komissiyası partiyanın diyar komitəsinin bürosunun qərarı əsasında onu namizədlər siyahısından çıxarıb. Qərarın səbəbləri ictimaiyyətə ətraflı açıqlanmayıb. Səməd Yusubov …
Read More »İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kiloqram 5 …
Read More »Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib. Boyukmillet.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli …
Read More »Bakı İsrail və Türkiyəni barışdırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
Azərbaycan İsrail və Türkiyə arasındakı gərginliyi azaltmaq üçün pərdəarxası fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bu iddia ilə “Ynet” portalı İsrail mənbələrinə istinadən çıxış edib. Vəziyyətlə tanış olan başqa bir mənbə portala bildirib ki, Bakıda Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə arasındakı gərginlikdən çox narahatdırlar. Portala daxil olan məlumata görə, ABŞ da bu gərginliyi azaltmaq istiqamətində iş aparır. Lakin “Ynet” qeyd …
Read More »Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə …
Read More »DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun ələ keçirilərək Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Bu barədə DTX-nin Mətbuat Xidmətindən məlumat verilib.Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların …
Read More »Bakıda kabab evində at DNT-si aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Agentlikdən bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
