Cümə , 6 Noyabr 2026
Drone Cameras

Dövlət qurumlarının saytlarına kiberhücum oldu – RƏSMİ

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

Boyukmillet.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …