Cəlilabadda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb. Boyukmillet.com Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib. Faktı Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan …
Read More »Quba-Qusar sərhədində sürüşmə qeydə alınıb
Qubada Qusar sərhədinə yaxın ərazidə sürüşmə qeydə alınıb. Bu barədə “Report”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, 20.06.2026-cı il tarixindən sürüşmə davam edir. Ərazidə yaşayış məntəqəsi yoxdur (sürüşmədə maqnituda və dərinlik qeydə alınmayıb).
Read More »Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub
19 iyun tarixində “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Qeyd olunub ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Belə ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi …
Read More »Polis əməliyyat keçirdi: 148 nəfər SAXLANILDI
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt …
Read More »Məhkəmə liseydə müəllimi gülləyən yeniyetmə ilə bağlı QƏRAR VERDİ
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur. Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. …
Read More »Bərdədə narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən qadın həbs edilib
Bərdədə narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin …
Read More »Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını …
Read More »Şəki sakini Bakıda keçmiş həyat yoldaşı və qayınanasını qətlə yetirib
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib. Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb. Məlumata görə, Xəyalə və İradə Böyük …
Read More »Polis 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
Polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Read More »Azərbaycanın hərbi gəmiləri şərti düşmənin kəfiyyat-diversiya qruplarını məhv edib
Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
