Bazar ertəsi , 26 Oktyabr 2026

hadisə

Lənkəranda atları içməli su anbarında çimizdirirlər – FOTOLAR

Lənkəranda turistlərə xidmət göstərən bəzi şəxslərin heyvanları Xanbulan su anbarında çimizdirməsi narazılıq doğurub.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atların birbaşa su anbarının dayaz hissəsində çimizdirildiyi görünür. Qeyd edək ki, Xanbulan su anbarı Lənkəran və Astara rayonlarının əsas içməli su mənbələrindən biridir. Belə bir ərazidə heyvanların suya salınması və bunun açıq şəkildə baş verməsi ərazidə nəzarətin …

Read More »

Ombudsmanın çağrı mərkəzinə sosial yardımla bağlı ehtimal olunan hüquq pozuntuları üzrə 1617 zəng daxil olub

Azərbaycanda 2026-cı ilin birinci yarısında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) “916” Çağrı Mərkəzinə ünvanlı dövlət sosial yardımla bağlı ehtimal olunan hüquq pozuntuları üzrə 1617 zəng daxil olub. Ombudsman Aparatından  verilən məlumata görə, bu barədə 2026-cı ilin birinci yarısında İnsan Hüquqları üzrə Müvəkkilin “916” Çağrı Mərkəzinə daxil olan zənglərin statistikasında qeyd olunub. Bildirilib ki, həmçinin kommunal problemlərlə bağlı 1465, müayinə və …

Read More »

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İvan Svetliçnıy 16 il …

Read More »

Keçmiş deputatın Hacı Şahinlə bağlı paylaşımı qalmaqal yaratdı

Tanınmış filosof Müşfiq Ötgün ötən gün sabiq deputat Etibar Əliyevin Hacı Şahinlə bağlı öz “Facebook” səhifəsində etdiyi paylaşıma cavab verib. O, professorun din xadimini alimlərlə müqayisə etməsini yersiz hesab edib: “Hacı Şahinin populyarlığını hər hansı riyaziyyat və ya kimya aliminin populyarlığı ilə müqayisə etmək nə deməkdir ki? İnsanlar mənəviyyat alimlərini hər zaman təbiətşünaslıq alimlərindən daha yüksək qiymətləndiriblər Şərqdə. Və bu …

Read More »

Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb. Boyukmillet.com-un məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub. Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. …

Read More »

Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır – TƏFƏRRÜAT

Kəlbəcər rayonunun Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun çaya düşməsinin detalları məlum olub. Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən “Report”a verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda …

Read More »

Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur”

Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə aparılan rəsmi danışıqlarda və yerində icra olunan texniki işlərdə irəliləyişlərin olduğu bəyan edilib. Bakı tərəfi iki ölkə arasındakı sülh prosesinin ən mühüm qollarından biri hesab olunan delimitasiya prosesinin gedişatını müsbət qiymətləndirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə rəsmi açıqlamasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamikanın müşahidə …

Read More »

56 avtomat və tüfəng, 185 axtarışda olan şəxs saxlanıldı – DETALLAR

Son 3 gün ərzində Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz silah saxlanılmasına və müxtəlif cinayət növlərinə qarşı mühüm nəticələr əldə olunub.DİN-in yaydığı rəsmi məlumatlara əsasən, iyulun 4-7-ni əhatə edən əməliyyatlar zamanı ölkə üzrə ümumilikdə 169 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 38 cinayətin açılması təmin edilib. Bu müddətdə axtarışda olan 192 …

Read More »

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Baş Dövlət Yol Polisi İdarəsi Naxçıvanda baş verən qəza ilə bağlı məlumat yayıb. Bu barədə  idarədən məlumat verilib. Bildirilib ki, 2026-cı il iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə …

Read More »

İnterpolun axtardığı azərbaycanlı Batumidə saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Batumidə saxlayıblar. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, həmin şəxs Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında ağır cinayətlər törətməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilmişdi./KONKRET.az

Read More »