Bazar , 25 Oktyabr 2026
Drone Cameras

SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb

Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib.

Boyukmillet.com IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib.

“Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib”, – SEPAH-dan qeyd olunub.

SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin taleyi bundan fərqli olmayacaq.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …