Bazar , 25 Oktyabr 2026

hadisə

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana …

Read More »

Bakının Xəzərdən artan təhlükələrə qarşı HƏMLƏSİ – sensasion açıqlamalar

Ekspertlərə görə, Xəzərdə keçirilən hərbi təlimlər xəbərdarlıq xarakterlidir və gələcəkdə təxribatların qarşısının alınacağına dair siqnaldır Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general – polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər. Boyukmillet.com-un məlumatına görə, Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava …

Read More »

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. “Report”un Muğan bürosunun məlumatına görə, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Read More »

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür. Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Read More »

Xocavənddən Beyləqana 120 kq yararsız əti satmağa aparan şəxs saxlanılıb – BİRGƏ ƏMƏLİYYAT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin müfəttişləri DİN-in Füzuli RPŞ-nin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobildə 120 kq yararsız ət aşkarlanıb. Bu barədə  AQTA-dan məlumat verilib. Bildirilib ki, ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən …

Read More »

Hirkan Milli Parkında narkotik yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Astara rayonunda Hirkan Milli Parkında narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb. Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun …

Read More »

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən nigeriyalılar saxlanılıb

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən nigeriyalılar saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il …

Read More »

Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri  

Bakıda məşhur biznesmen Emil Ağcanovun tanışı və yaxın münasibətdə olduğu İradə Muradovanın ölümü ilə bağlı cinayət işi üzrə çıxarılan hökm cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusi amansızlıqla qətldə ittiham olunan biznesmen barəsində azadlıqdan məhrumetmə cəzası deyil, psixiatriya xəstəxanasında məcburi müalicə tədbiri tətbiq edilməsi bir çox suallar doğurub. İctimaiyyətin diqqətini çəkən əsas məqam ağır və rezonanslı qətl hadisəsi ilə bağlı təqsirləndirilən …

Read More »

İrandan Azərbaycana kahının içində 22 kq narkotik keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, “Cənub-Astara” gömrük postunda İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib. Kinoloji xidmət itinin tətbiqi ilə aparılan …

Read More »

Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotiki dövriyyədən çıxarıb. Bu barədə  DİN-dən məlumat verilib. Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcədə Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd …

Read More »