Bazar , 25 Oktyabr 2026

hadisə

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb. DIN-in mətbuat xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Araşdırma aparılır.

Read More »

Sərhədi pozan 18 nəfər SAXLANILDI

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Onların 4-ü Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü İran, 3-ü Mərakeş, 2-si Nigeriya, 1-i Pakistan, 1-i Əlcəzair vətəndaşı оlmuşdur; qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılmışdır; sərhəd rеjim …

Read More »

Polis əməliyyat keçirdi – 200 nəfər saxlanıldı

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti …

Read More »

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından …

Read More »

Biləsuvarda at əti satışının qarşısı alınıb

Biləsuvarda qanunsuz at kəsimi və 205 kq at əti satışının qarşısı alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib. Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin …

Read More »

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. “Hazırda “Azerbaijan Airlines” aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq …

Read More »

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə “Report”un Qarabağ bürosuna Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə …

Read More »

70 kq qızılla tutulan polkovnikə hökm oxundu

İstanbul hava limanında 70 kiloqram qaçaqmal qızılla saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm elan olunub. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamların sübutlarla təsdiq olunduğu qənaətinə gəlib. Hökmə əsasən, Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o, Azərbaycan Silahlı Qüvvələrinin …

Read More »

İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib

İstanbulun Pendik rayonunda yeraltı boş su anbarına gizlədilmiş qanunsuz silah istehsalında istifadə olunacaq 3 min 92 ədəd hissə aşkarlanıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları silah qaçaqmalçılığı və qanunsuz silah istehsalına qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində Pendikdəki ərazini nəzarətə götürüblər. Ərazi üzərində dron vasitəsilə aparılan müşahidə zamanı şübhəli şəxslərin torpağın …

Read More »

Abşeronda böyük ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı, 19 cinayətin üstü açıldı – VİDEO

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. DİN-dən verilən xəbərə görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, “isti izlərlə” 19 cinayətin üstü açılıb.Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 56, xırda …

Read More »