Bazar , 25 Oktyabr 2026

hadisə

DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 49 kiloqramdan artıq narkotik aşkarlanıb. Bu barədə  DİN-dən məlumat verilib. Bildirilib ki, tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə …

Read More »

Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı …

Read More »

Konstitusiya Məhkəməsinin plenumunda prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxılıb

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” …

Read More »

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Boyukmillet.com “Qafqazinfo”ya istinadla bildirir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. Bu o deməkdir …

Read More »

445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycanın vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluqdan məlukmat verilib. “Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Səfərova …

Read More »

Bu ilin 3 ayı ərzində 76 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 75 milyon 978 min manatlıq narkotik dövriyyədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. 2026-cı ilin yanvar-mart ayları …

Read More »

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər …

Read More »

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən …

Read More »

MN-də müvəqqəti tutduğu vəzifədə külli miqdarda RÜŞVƏT ALIB

Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Əvəz Əli oğlu Rüstəmovun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol …

Read More »

Kanalizasiya kollektorları üzərində tikilən 3 mindən çox evin aqibəti necə olacaq?

“Azərbaycanda kanalizasiya kollektorları və digər strateji ərazilərdə inşa edilən fərdi yaşayış evlərinin sayı dəqiq müəyyən olunmasa da, mövcud ehtimallar vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir”. Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, sənədsiz tikililərin geniş yayıldığı ərazilərdə bu problem daha qabarıq şəkildə özünü göstərir: “Ölkə üzrə təxminən 600 minə yaxın sənədsiz ev mövcuddur …

Read More »