Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır – TƏFƏRRÜAT

Kəlbəcər rayonunun Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun çaya düşməsinin detalları məlum olub.

Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən “Report”a verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.

Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …