Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İrandan Azərbaycana 113 kq-a yaxın heroin keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

İdarədən “Report”un yerli bürosuna bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …