Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Lənkəranda çay kənarında narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.

Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …