Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Xəzər dənizindəki gəmi qəsdən vurulubmuş

Tehranda Kiyevin Xəzər dənizində İran ticarət gəmisini qəsdən vurduğu barədə məlumatlar var.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

Bəqayi IRIB-in canlı yayımında deyib: “Zelenskinin açıqlamaları da daxil olmaqla, açıq-aydın dəlillər Ukraynanın İran gəmisini qəsdən vurduğunu göstərir”.

Diplomat əlavə edib ki, Tehran Kiyevi etdiklərinə görə məsuliyyətə cəlb etmək üçün bütün tədbirləri görəcək.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi hücumun 25 iyulda baş verdiyini və nəticədə bir heyət üzvünün öldüyünü, digərinin isə yaralandığını bildirmişdi./Unikal/

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …