Cümə , 9 Oktyabr 2026
Drone Cameras

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.

Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Növbəti məhkəmə oktyabrın 16-da baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 26-ya çatıb, itkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.

Check Also

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldürülüb

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə daha bir azərbaycanlı öldürülüb. Boyukmillet.com xəbər verir ki, …