Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri tutulub

Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib.

Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi.

Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi.

Xatırladaq ki, 2013-cü ildə Reyhanlıda törədilən terror aktı nəticəsində 53 nəfər həlak olmuşdu. T.Dükancı həmin hadisədə iştirak edib. O, partlayıcı maddələrin Türkiyəyə gətirilməsinə kömək edib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …