Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Abdulla Öcalan PKK-nı silahı yerə qoymağa çağırır

Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdulla Öcalan fevralın 27-də bu silahlı qruplaşmanı tərksilah olmağa və özünü buraxmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə kürdpərəst DEM partiyası mətbuat konfransında Öcalanın bəyanatını səsləndirib.

Ədliyyə Nazirliyi partiya təmsilçilərinin Öcalanı həbsdə ziyarət etməsinə icazə verib. Bu, dekabrdan bəri üçüncü ziyarət idi.

DEM Öcalanın mesajının video formatda çatdırılmasına ümid edirdi, ancaq hökumət və hakim partiya buna qarşı çıxıb.

Ankara, ABŞ, Avropa İttifaqı, bir sıra ölkələr PKK-nı terror təşkilatı kimi tanıyır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …