Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, xəsarət alanlar var

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Adana-Pozantı magistral yolunda qeydə alınıb.

Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub və yaralılara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Təfərrüatlar açıqlanmır.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …