Qazaxıstan vətəndaşlarına İran ərazisini Azərbaycanla quru sərhədləri vasitəsilə tərk etmək variantlarını nəzərdən keçirmək üçün diplomatik nümayəndəliklərlə əlaqə saxlamaları tövsiyə olunur. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib. Bundan əlavə, İranın hava məkanının bağlanması və aviauçuşların müvəqqəti dayandırılması fonunda Qazaxıstan vətəndaşlarına İran ərazisindən Ermənistan, Türkiyə və Türkmənistan vasitəsilə çıxmaq üçün müxtəlif alternativləri nəzərdən keçirmək tövsiyə …
Read More »Xameneinin ailə üzvlərinin ölüm xəbərləri təsdiqlənib
İranın ali dini lideri Əli Xameneinin qızı, kürəkəni və nəvəsi ABŞ ilə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, ali dini lideirn dəftərxanası onun qızı, kürəkəni və nəvəsinin ölüm xəbərini agentliyə təsdiqləyib. Həmçinin qeyd olunub ki, Xameneinin gəlinlərindən biri də şənbə günü səhər saatlarında baş verən hücumda …
Read More »İran İncirliyi və ABŞ gəmilərini hədəf aldı
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələrin əhatəsini genişləndirib. Boyukmillet.com xəbər verir ki, Tehranın Türkiyədə yerləşən İncirlik Hərbi bazasına, İordaniyanın paytaxtına da zərbələr endirib. Bundan əlavə, İranın ballistik raketlərlə ABŞ-a məxsus Avraam Linkoln təyyarədaşıyanını vurmağa çalışdığı qeyd edilir. İran Xarici İşlər Nazirliyi BMT-yə müraciət edərək İsrail-ABŞ hücumlarının dayandırılmasını, bütün dünyanın bu addımı pisləməsini tələb edib.
Read More »İran BMT-ni ABŞ və İsrailin hərəkətləri ilə bağlı təcili tədbirlər görməyə çağırıb
İran Xarici İşlər Nazirliyi BMT-nin baş katibini və Təhlükəsizlik Şurasını ABŞ və İsrailin hərəkətləri ilə bağlı ən qısa zamanda tədbirlər görməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir. “Bu gün səhər, Novruz ərəfəsində və müqəddəs Ramazan ayının onuncu günündə İsrail İranın ərazi bütövlüyünü və milli suverenliyini kobud şəkildə pozaraq ölkəmizin müxtəlif şəhərlərində bir sıra hədəflərə, müdafiə …
Read More »Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda narkotik vasitə dövriyyəsi ilə bağlı əməliyyat keçirilib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı N.A. və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşı S.C. xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə saxlanılıblar. Şəxslərin üzərində …
Read More »Azərbaycanla İran arasında “PUA müharibəsi” – sərhəddə yeni təhlükə
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilir ki, sərhəd zastavası dərhal tədbir görüb, xidməti ərazi qapadılıb, iki vətəndaş (Natiq …
Read More »Gürcüstanda azərbaycanlı miqrantlar üçün ağır qadağalar gəlir: Hökumətə müdaxilə çağırışı- FOTO
Gürcüstanda 2026-cı il martın 1-dən etibarən qüvvəyə minəcək yeni qərar minlərlə miqrant üçün ciddi sosial-iqtisadi problem yarada bilər. Sənədə əsasən, xarici vətəndaşların taksi sürücüsü, kuryer və tur bələdçisi kimi çalışmasına tətbiq olunan kvota sıfırlanır. Bu isə faktiki olaraq həmin sahələrdə miqrant əməyinə qadağa qoyulması deməkdir. Qərarın xüsusilə Gürcüstanda çalışan azərbaycanlılara ağır təsir edəcəyi bildirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …
Read More »Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır
Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul edib. “Report”un yerli bürosu xəbər verir ki, parlamentin Hüquqi Məsələlər Komitəsinin sədri Arçil Qorduladze layihənin əsas məqsədinin ölkənin suverenliyinin qorunmasını təmin etmək olduğunu bildirib. Dəyişikliyə əsasən, xaricdə qeydiyyatdan keçmiş, lakin fəaliyyətinin əsas hissəsi Gürcüstanla bağlı olan təşkilatlar qrant almadan əvvəl hökumətdən müvafiq razılıq almalıdır. Eyni …
Read More »Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Rusiyanın Orsk şəhərində dörd yerlik “Diamond” təlim təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “REN TV” mənbəyə istinadən məlumat yayıb. Qəza nəticəsində üç nəfər həlak olub. Hadisə Canatalap qəsəbəsi yaxınlığında baş verib. Təyyarədə pilot və iki kursant olub.
Read More »İspaniya Qazaxıstana 90 min dollar məbləğində vəzifə saxtakarlığında təqsirləndirilən gömrük əməkdaşını təhvil verib
İspaniya Qazaxıstana vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və vəzifə saxtakarlığında şübhəli bilinən keçmiş gömrük orqanları əməkdaşını təhvil verib. İttihama görə, o, səkkiz avtomobil sahibini 45 milyon təngədən (90 min dollar) artıq məbləğdə gömrük rüsumlarının ödənilməsindən qanunsuz azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın baş prokurorluğu bildirib. Baş prokurorluğun və milli təhlükəsizlik komitəsinin korrupsiyaya qarşı mübarizə xidmətinin əməkdaşları Qazaxıstanın İspaniyadakı səfirliyinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar