Çərşənbə axşamı , 7 May 2024

Region

Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb. D.İslamov bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. O, mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Read More »

Rusiyanın İstintaq Komitəsi terror aktı ilə bağlı daha üç nəfərin həbsini istəyir

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı ilə bağlı daha üç müttəhimin həbsini istəyir. “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə məhkəmədə bildirilib. “Daha üç material daxil olub: İslamov Aminçon İsrailoviç, İslamov Dilovar İsrailoviç və İslamov İsrail İbrahimoviçlə bağlı”, – qurum bildirib. Onlar terrorçulara yardım göstərməkdə, rabitə və logistikanı təşkil etməkdə şübhəli bilinirlər. Cinayət işində iştirak edən iki nəfərə …

Read More »

Rusiyada terror aktı törətməkdə şübhəli bilinənlər barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Rusiyanın paytaxtı Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya dövlət …

Read More »

Rusiyada terror aktının törədildiyi “Crocus City Hall” bərpa olunacaq

Rusiyada terror aktının törədildiyi “Crocus City Hall”un bərpası planlaşdırılır. “Report”un məlumatına görə, bu barədə “Crocus International”ın mətbuat xidməti xəbər yayıb. “Terrorçuların qurbanlarını heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, – məlumatda deyilir. Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Mətbuat xidməti qeyd edib ki, hakimiyyətə və xüsusi xidmət orqanlarına çətin işlərində kömək etmək, eləcə də …

Read More »

Emin Ağalarovdan terrorla bağlı daha bir PAYLAŞIM – FOTO

Xalq artisti Emin Ağalarov Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Ağalarov dəhşətli terror zamanı köməklik göstərən şəxslərə təşəkkür edərək, qeyd edib: “Fədakar mühafizəçilərə, “Crocus City Hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm. Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak …

Read More »

Rusiyada terror aktında həlak olanların ilkin siyahısı açıqlanıb

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq “Crocus City hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib. “Report”un TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb. Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. “Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən …

Read More »

Rusiya Səhiyyə Nazirliyi terror aktında ağır yaralananların sayını açıqlayıb

“Krokus siti holl”da baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya-24”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib: “115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”. Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib. Xatırladaq ki, martın 22-də Rusiyanın …

Read More »

KİV: Moskva vilayətində terror aktında ölənlərin sayı 70-ə çatıb – YENİLƏNİB 5

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb. “Report” xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib. “İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, – kanal nəql edib. Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb: “Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı …

Read More »

Rusiyada konsert zalında baş vermiş silahlı hücumun təfərrüatları məlum olub

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda beş nəfərin iştirak etdiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. “Krokusda güllələnməni həyata keçirən qrupun tərkibində azı 5 silahlı adam var idi”, – teleqram kanala mənbə bildirib. Eyni zamanda, teleqram kanallarda yayılan məlumata görə, hadisəni törədən şəxslər saxlanılmayıb. Bu səbəbdən yanğınsöndürənlər də binaya yaxınlaşıb yanğını …

Read More »