Çərşənbə axşamı , 15 Sentyabr 2026

Region

Rusiyada miqrant pulları ilə lüks həyat: generalın ailə sxemi üzə çıxdı

Rusiya Daxili İşlər nazirinin müavini Andrey Kikot qohumlarının adına ümumi dəyəri 1 milyard rubldan artıq olan şirkətlər və daşınmaz əmlak rəsmiləşdirib. Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın müxalifyönlü Korrupsiya ilə Mübarizə Fondu (FBK) aşkara çıxarıb. Qeyd edək ki, prezident Vladimir Putinin sərəncamına uyğun olaraq, həmin polis general-polkovniki bu ilin aprelindən miqrantlarla məşğul olan vətəndaşlıq və əcnəbilərin qeydiyyatı …

Read More »

Türkiyənin 9 vilayətində genişmiqyaslı ƏMƏLİYYAT: FETÖ-nün “gizli şəbəkəsi” İFŞA OLUNDU

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib. Boyukmillet.com xəbər verir ki, onların arasında 8 nəfər fəaliyyətini davam etdirən hərbçi, 10 nəfər isə işdən çıxarılmış və ya istefaya göndərilmiş şəxslərdir. Daha 3 nəfərin dövlət qurumlarında çalışdığı bildirilir. Prokurorluğun məlumatına görə, şübhəlilər FETÖ-nün “gizli xidmət” adlanan strukturu ilə əlaqəli olub. Araşdırmalar onların Ankara şəhərinin müxtəlif …

Read More »

Türkiyəyə məxsus tanker Odessada dronla vurulub

Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan “ORINDA” adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub. Məlumata görə, heyət təxliyə edilib.

Read More »

Rusiya Azərbaycan sülhməramlılarına qarşı

BMT Təhlükəsizlik Şurası bununla bağlı son qərarı noyabrın 18-də verəcək Noyabrın 17-də (Bakı vaxtı ilə çərşənbə axşamı, saat 14:00 – red.) BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini səsverməyə çıxaracaq. Boyukmillet.com “Assoşeyted Press”ə istinadən xəbər verir ki, ABŞ Təhlükəsizlik Şurasının 15 üzvünə 2027-ci ilin sonuna qədər Qəzza zolağında təhlükəsizliyi təmin etmək …

Read More »

Ermənilər indi də Ukraynaya “tarixi iddia” irəli sürdülər – 414 illik abidə ətrafında qalmaqal

Boyukmillet.com xəbər verir ki, Ukraynanın Ternopol vilayətinin Yazlovets kəndində təsadüfən aşkar olunan 414 illik tarixi tikili son günlər erməni mühitində siyasi manipulyasiya predmetinə çevrilib. Söhbət 1611-ci ilə aid, “Erməni quyusu” adlandırılan hidravlik konstruksiyadan gedir. Tikili yeraltında qaldığı üçün uzun illər diqqətdən kənarda olub və yalnız son tədqiqatlar zamanı aşkarlanıb. Məlumatı Ukraynada yaşayan siyasi şərhçi Marat Hakobyan sosial şəbəkədə yayıb. Onun …

Read More »

Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkarlara qarşı geniş əməliyyat keçirilib

Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”də yazıb. O qeyd edib ki, bu gün səhər saatlarında ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayət təşkilatlarının yüksək …

Read More »

Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilib

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər. Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib. Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya …

Read More »

İran 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edir

İran bu ilin iyununda baş verən 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edir. Boyukmillet.com İSNA-ya istinadən xəbər verir ki, bu barədə tələb İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzünə rəhbərlik etdiyinə dair etirafına əsaslanaraq BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubdə əks olunub. A.Əraqçi məktubunda ABŞ və İsraili İslam Respublikasına qarşı 12 günlük …

Read More »

Ermənistan parlamenti 44 günlük müharibə hesabatını ictimaiyyətdən gizlədir

Ermənistan Milli Assambleyasında 44 günlük müharibənin gedişini araşdırmaq üçün yaradılmış istintaq komissiyasının hesabatı ictimaiyyətə açıqlanmayacaq. Boyukmillet.com xəbər verir ki, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Andranik Koçaryan bildirib ki, sənəd yalnız məhdud sayda dövlət strukturlarına təqdim ediləcək. Bu açıqlama 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirilib. Koçaryan müxalifət deputatlarının suallarını cavablandırarkən qeyd edib ki, 44 …

Read More »