Çərşənbə axşamı , 7 May 2024

Region

Hakan Fidan: “F-16″ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib. O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam …

Read More »

Ərdoğan: 2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq

2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə bildirib. “Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı. 2028-ci ildə KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq”, – Türkiyə Prezidenti deyib. Qeyd edək ki, KAAN Türkiyənin …

Read More »

Ersin Tatar Antalyada keçirilən beynəlxalq foruma qatıldı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 3-cü Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar, xanımı Sibel Tatar və KKTC Prezident Adminstrasiyasından bir heyət 100-dən çox ölkənin dövlət və hökumət başçılarının, nazirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən III Antalya Diplomatik Forumunun açılış mərasiminə qatılıb. KKTC-nin baş naziri Ünal Üstel və xarici işlər …

Read More »

Ərdoğan: Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik

Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Ərdoğan bu günə qədər 50 ölkə ilə 770 PUA üçün müqavilə imzalandığını bildirib. “Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar idi. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə …

Read More »

Türkiyə MİT-in rəhbəri ABŞ-da Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib. Boyukmillet.com  xəbər verir ki, o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək. İ.Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək. İ.Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq. Rusiya və Ukrayna arasında davam edən müharibə, həmçinin Qafqazdakı vəziyyət də …

Read More »

Ermənistanlı deputatı: İrəvan KTMT-dən çıxmasını hüquqi baxımdan rəsmiləşdirə bilər

Ermənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının (parlament) deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Rusiyanın “İzvestiya” qəzetinə söyləyib. “Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan bəklənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın …

Read More »

Türkiyəli iş adamları təhdidlərə görə ABŞ rəsmilərini məhkəməyə verəcək

Türkiyədə olan bir sıra iş adamları Rusiya ilə ticarət etdiklərinə görə onları sanksiyalarla hədələyən ABŞ rəsmilərini məhkəməyə verməyi planlaşdırır. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazıb. Qeyd olunub ki, Amerikanın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərini və maliyyə qurumlarını Rusiya ilə ticarət əlaqələri ilə bağlı hədələyirlər. “Müsahibə aldığımız türkiyəli iş adamları şirkətlərə və maliyyə …

Read More »

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində söyləyib. “Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da çatdırılmayıb. Bu, …

Read More »

Türkiyə və Ermənistan XİN başçıları münasibətləri tam normallaşdırmağa hazır olduqlarını təsdiqləyiblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ermənistanlı həmkarı Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan …

Read More »

Ermənistan Rusiyaya etiraz notası göndərib

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib. Boyukmillet.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib. Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib. “Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən …

Read More »