Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ermənistan Türkiyə ilə sərhəddəki nəzarət-keçid məntəqəsindən Rusiya hərbçilərini çıxarmağı planlaşdırır

Ermənistan hakimiyyəti yaxın gələcəkdə Türkiyə ilə sərhəddəki “Axurik” sərhəd məntəqəsindən Rusiya hərbçilərini çıxarmaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, “Axurik” nəzarət-keçid məntəqəsinin Ermənistan tərəfinə verilməsi haqqında qərar artıq qəbul edilib, ərazidə bayraq dirəyi quraşdırılıb. Qeyd olunub ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.

“Digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara nəzarət-keçid məntəqəsinin ərazisində tikinti işlərinə başlayıb. Ümumilikdə bu addımlar, eləcə də “Axurik”in istifadəyə verilməsi ehtimalı tərəflərin yaxın gələcəkdə sərhədi açmaq niyyətlərinin ciddi olduğunu göstərir”, – nəşr qeyd edib.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …