Şənbə , 24 Oktyabr 2026
Drone Cameras

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, onlar barəsində “narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək” maddələri ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Gülerdir.

Adları çəkilən 14 şübhəlidən 11-i saxlanılıb, 2 şübhəlinin qaçaq olduğu və tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.

Bir nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Xatırladaq ki, Türkiyədə iki gün əvvəl də eyni istintaq çərçivəsində 8 tanınmış şəxs barəsində saxlanılma qərarı verilmişdi.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …