Çərşənbə , 30 Sentyabr 2026

Region

İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur

İstanbulda Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal naməlum şəxslər tərəfindən qaçırılıb. Türkiyə mətbuatının məlumatına görə, hadisə Maltepe rayonunda, Karaalın yaşadığı evin qarşısında baş verib. Bildirilir ki, o, avtomobilinin yanında olduğu vaxt başqa nəqliyyat vasitəsindən düşən 3 nəfərin hücumuna məruz qalıb. Daha sonra döyülərək zorla avtomobilə mindirildiyi təhlükəsizlik kameralarına da düşüb. Hadisədən sonra təxminən 14 saat keçməsinə baxmayaraq, Erhan …

Read More »

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI

Türkiyə hakimiyyəti lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra “Türkiye” qəzetinə açıqlamasında bildirib. “Paşinyan hökuməti (normallaşma istiqamətində) çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi …

Read More »

İrandan Azərbaycana 11 kq-dan çox narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb

İrandan Azərbaycana 11 kiloqramdan (kq) çox narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçiridiyi əməliyyatlar zamanı nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kq heroin …

Read More »

Türkiyədə bələdiyyə sədri saxlanılıb

Türkiyənin İzmir şəhərində bələdiyyə sədri saxlanılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğu Gözəlbağça rayon bələdiyyəsində əməliyyat keçirib. Bildirilib ki, əməliyyat zamanı rayon bələdiyyəsinin sədri Mustafa Günay və qurumun daha 4 işçisi saxlanılıb. Xatırladaq ki, Mustafa Günay Gözəlbağça rayon bələdiyyəsi sədri vəzifəsini 2024-cü ildən icra edir.

Read More »

Ermənistan bu xəbərlə ÇALXALANIR

ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri Ermənistanda siyasi müzakirələri daha da qızışdırıb. Boyukmillet.com xəbər verir ki, Paşinyan hakimiyyətini tez-tez tənqid edən politoloq Benyamin Matevosyan Rubionun səfərini Ermənistanın daxili siyasətinə təsir cəhdi kimi təqdim edib və ölkənin “geosiyasi qarşıdurma meydanına çevrildiyini” iddia edib. Matevosyanın fikrincə, Ermənistan cəmiyyətinə Rubionun səfəri Nikol Paşinyana tam siyasi dəstək kimi təqdim olunacaq. Politoloq bunu hətta Ermənistanın …

Read More »

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəddən kənarda İŞİD-ə qarşı əməliyyat keçirib. Boyukmillet.com “TRT haber”ə istinadən xəbər verir ki, MİT-in Suriyada Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb. Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib. Qeyd olunub ki, əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.

Read More »

İstanbulda yola avro səpələyən sürücü gündəm oldu

İstanbulun Şişli rayonunda lüks avtomobil sürücüsünün etdiyi hərəkət sosial mediada gündəm olub. Lamborghini Gallardo markalı avtomobili idarə edən şəxs yolda hərəkətdə olarkən ətrafa avro səpələyib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şişlinin sıx nəqliyyat axınının olduğu küçələrdən birində baş verib.Lüks idman avtomobilindən yola atılan pullar həm sürücülər, həm də piyadalar arasında böyük təəccüb yaradıb. Avro əskinaslarını görən bəzi …

Read More »

Türkiyə Ermənistan üçün gömrük qaydalarını yumşaltdı

Türkiyədə qüvvəyə minən yeni qaydalara əsasən, artıq Ermənistana ixrac olunan mallar üçün bu ölkə rəsmi şəkildə son təyinat məntəqəsi kimi göstərilə biləcək. Boyukmillet.com xəbər verir ki, əvvəllər Türkiyə şirkətləri gömrük bəyannamələrində Ermənistanı son təyinat ölkəsi, erməni iqtisadi subyektlərini isə alıcı kimi göstərə bilmirdi. Bu səbəbdən məhsullar əsasən Gürcüstan kimi üçüncü ölkələr vasitəsilə reeksport yolu ilə Ermənistana çatdırılırdı. Yeni qaydalardan sonra isə …

Read More »

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

Türkiyənin 22 vilayətində onlayn qumar oyunlarının təşkili ilə bağlı əməliyyat keçirilib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Jandarm Baş Komandanlığı tərəfindən keçirilən əməliyyat 5 milyard 800 milyon lirəlik (təxminən 127 milyon 788 min dollar) pul dövriyyəsini ortaya çıxarıb. Şanlıurfa başda olmaqla, 22 vilayətdə keçirilən əməliyyat nəticəsində ümumilikdə 61 nəfər saxlanılıb. “Qanunsuz qumar oyunları və cinayət törətmək məqsədilə təşkilat yaratmaq” ittihamı …

Read More »

ÇİN XİN: ABŞ-nin sanksiyaları Pekinin İranla bağlı mövqeyini dəyişməyəcək

Çinin İranla bağlı mövqeyi aydın və dəyişməzdir, Pekin regional gərginliyin artmasına qarşıdır. Boyukmillet.com xəbər verir ki, bu, Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub. Çin XİN Vaşinqtonun İranla əməkdaşlıq ittihamı ilə üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib. “Bu “birtərəfli və qeyri-qanuni” tədbirlər Pekinin İranla bağlı mövqelərini dəyişməyəcək”, – bəyanatda bildirilib. Qeyd edək ki, ABŞ məhdudiyyətlərə məruz qoyduğu …

Read More »