İstanbulda Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal naməlum şəxslər tərəfindən qaçırılıb.
Türkiyə mətbuatının məlumatına görə, hadisə Maltepe rayonunda, Karaalın yaşadığı evin qarşısında baş verib.
Bildirilir ki, o, avtomobilinin yanında olduğu vaxt başqa nəqliyyat vasitəsindən düşən 3 nəfərin hücumuna məruz qalıb. Daha sonra döyülərək zorla avtomobilə mindirildiyi təhlükəsizlik kameralarına da düşüb.
Hadisədən sonra təxminən 14 saat keçməsinə baxmayaraq, Erhan Karaaldan hələ də xəbər yoxdur.
Hüquq-mühafizə orqanları onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir, faktla bağlı araşdırma aparılır.\\milli.az
Boyukmillet.com Biz yanmasaq vətən yanar
