Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla müxtəlif cinayətlərin iki ayrı cinayətkar dəstə tərəfindən törədildiyi müəyyən edilib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə İstanbul Şəhər Polis İdarəsinin keçirdiyi əməliyyatlarla bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, şəhərdə asayişi pozan cinayətkar qrupların üzvlərinin saxlanılması məqsədilə keçirilən əməliyyat nəticəsində 5 şübhəli şəxs tutulub.

Əməliyyat zamanı bir ədəd AK-47 avtomatı və bir ədəd avtomatik tapança maddi sübut olaraq götürülüb.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …