Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Ukrayna Rusiyanın təmir etdiyi iki neft emalı zavodunu yenidən vurdu

Ötən gecə Rusiyanın Krasnodar diyarı və Rostov vilayəti yenidən hücuma məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, hər iki bölgədə neft emalı zavodları hədəf olub. İlk olaraq OSINT kanalları Novoşaxtinskdəki neft emalı zavoduna hücum olunduğuna dair məlumat yayıb. Daha sonra Krasnodar diyarındakı Afipsk neft emalı zavoduna hücum və yanğın barədə məlumat verilib.

Rusiya mətbuatı Afipisk NEZ-ə hücum və orada yanğın başladığına dari rəsmi qurumların məlumatını yayıb.
Qeyd edək ki, avqust başlayanda Rusiya hökuməti Ukrayna zərbələrindən sonra işini dayandıran bir sıra neft emalı zavodlarının fəaliyyətlərinin bərpa olunduğuna dair məlumat açıqlayıb. Ondan sonra Ukrayna bu zavodlara hücumları bərpa edib. Avqustun əvvəlindən bəri neft emalı zavodlarına 30-a yaxın zərbə qeydə alınıb.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …