Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI

Türkiyə hakimiyyəti lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra “Türkiye” qəzetinə açıqlamasında bildirib.

“Paşinyan hökuməti (normallaşma istiqamətində) çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq”, – deyə Fidan qeyd edib.

Check Also

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb. Bu …