Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Gürcüstan DTX elektrik enerjisinin kəsilməsi ilə bağlı təxribat maddəsi ilə istintaqa başlayıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə görə təxribat maddəsi ilə istintaqa başlayıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, DTX-nin yaydığı məlumatda deyilir ki, ölkə daxilində təkrarlanan təsadüfi elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə istintaq başlayıb.

“Maddə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya onlara zərər vurmaq/məhv etmək nəzərdə tutulur”.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …