Cümə axşamı , 1 Oktyabr 2026

Region

SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib. Boyukmillet.com İran mediasına istinadən xəbər verir ki, bu məlumat SEPAH-ın bəyanatında yer alıb. “Atəşkəsin pozulmasına və ABŞ ordusunun Cask limanı ərazisində İranın neft tankerinə hücumuna, həmçinin Amerika esmineslərinin Hörmüz boğazına yaxınlaşmasına cavab olaraq, müxtəlif ballistik və gəmi əleyhinə qanadlı raketlərdən, eləcə də zərbə dronlarından istifadə edilməklə …

Read More »

Türkiyə “PAMİR” zirehsiz maşını TƏQDİM ETDİ

Türkiyənin “PAMİR 4×4” zirehsiz avtomobili “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub. 1500 at gücünə malik avtomobilin NATO sınaqlarından uğurla keçdiyi bildirilib. Avtomobili istehsal edən BMC şirkətinin rəhbəri Fuat Tosyalının sözlərinə görə, “PAMİR 4×4” Silahlı Qüvvələrin həm şəxsi heyətini, həm də yükləri daha çevik şəkildə daşıya biləcək zirehsiz yüngül nəqliyyat vasitəsinə yaranan ehtiyaca görə istehsal …

Read More »

Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.

Read More »

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yaxın vaxtlarda davam edəcək. Boyukmillet.com  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, bu günədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır. O əlavə edib ki, delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və “münasib …

Read More »

Gürcüstan DTX-nın illik hesabatında Azərbaycanla əməkdaşlığa xüsusi yer ayrılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SSU) illik hesabatını parlamentə təqdim edib. Hesabatda Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb. “Report”un yerli bürosu xəbər verir ki, 62 səhifəlik sənəd ilkin olaraq komitə iclaslarında, daha sonra isə plenar iclasda müzakirəyə çıxarılacaq. Sənəddə qeyd olunur ki, Gürcüstan təhlükəsizlik qurumu beynəlxalq tərəfdaşlarla yanaşı, Azərbaycan və digər region ölkələri ilə informasiya mübadiləsini və koordinasiyanı davam etdirir. Sənədə …

Read More »

İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib

İran ABŞ Prezidenti Donald Trampın İranın hərbi-dəniz blokadasına dair bəyanatları səbəbindən ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası mənbəyə istinadən məlumat yayıb. “Trampın İranın hərbi-dəniz blokadası barədə bəyanatı, həmçinin danışıqlar zamanı amerikalıların tələblərinin həddindən artıq çoxluğu səbəbindən İran danışıqların növbəti raunduna hələ razılıq verməyib”, – mənbə bildirib. Onun sözlərinə görə, Vaşinqtonun …

Read More »

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumatda bildirilib ki, xəstəxanada bütün müdaxilələrə baxmayaraq, məktəbə təşkil olunan hücumda yaralanan Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb. Bununla da insident nəticəsində ölənlərin sayı 10-a yüksəlib. Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, …

Read More »

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Türkiyə ABŞ-İran müharibəsi fonunda əldə olunan atəşkəsin uzadılması üçün təklif və təşəbbüslər irəli sürür. Boyukmillet.com xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Pakistanın ev sahibliyi ilə baş tutan ABŞ-İran danışıqlarında gözlənilən nəticə əldə edilməyib, Hörmüz boğazında gərginlik daha da artıb. …

Read More »

Türkiyədə məktəbə silahlı hücum olub, 7 şagird yaralanıb, girov götürülənlər var

Türkiyədə məktəbə silahlı hücum olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tügənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində ilkin məlumata görə 7 nəfər yaralanıb. Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım …

Read More »